Siyasət
Zakir Qaralov yenidən Baş prokuror oldu - YENİLƏNİB
27 Aprel 2010 13:34
Baxış: 982
Milli.Az xəbər verir ki, yenidən Baş prokuror vəzifəsinə təyin olunan Zakir Qaralov Milli Məclisdə səsvermədən sonra çıxış edib.
Zakir Qaralov öncə Milli Məclis üzvlərinə göstərdikləri etimada görə təşəkkürünü bildirdi. İclasda səslənən fikirlərə münasibət bildirən Baş prokuror 10 il bundan əvvəl ulu öndər Heydər Əliyevin keçirdiyi müşavirədə prokurorluq orqanlarında islahatların başlanması haqqında kursun müəyyən edildiyini xatırlatdı.
Zakir Qaralov bəyan etdi ki, Elmar Hüseynovun, Ziya Bünyadovun qətlləri ilə bağlı cinayət hadisələrinin istintaqı açıqdır: "Elmar Hüseynovun qətlinin səhərisi gün prezidentin yanında Təhlükəsizlik Şurasının iclası keçirildi. Mənim tərəfimdən Avropadan olan ekspertlərin istintaqa cəlb olunması təklif olundu. Bu qətl 2005-ci ildə - parlament seçkiləri ilində ölkədə ictimai-siyasi sabitliyin pozulmasına cəhdlər olan vaxtda törədilmişdi". Baş prokuror dedi ki, istintaq zamanı qətli törədən şəxslər müəyyənləşdirilib, onlar barəsində axtarış elan edilib.
Z.Qaralov Ziya Bünyadovun qətlinin İranın dini dairələri tərəfindən sifariş edildiyini, bəzi şəxslərin həbs edildiyini, qatillərdən ikisinin isə həmin ölkədə sığınacaq tapdığını bildirdi: "Həmin şəxslər Cavanşir Aslanov və Tariyel Ramazanovdur".
Jurnalistlərin təqib olunduğuna gəlincə, Z.Qaralov ölkədə baş verən hər bir qanunsuz hərəkətin Baş prokurorluq tərəfindən nəzarətə götürüldüyünü, lazımi fəaliyyətlər həyata keçirildiyini dedi.
Zakir Qaralov deputat Pənah Hüseynin ittihamlarına da cavab verdi: "Siyasi korrupsiyadan danışan yoldaşlar öz siyasi partiyalarının haradan maliyyələşməsi haqqında məlumat versinlər. Bu partiyaların haradan maliyyələşdiyini açıqlamalarının vaxtı çatıb. Onlar ölkədə siyasi sabitliyi pozmağa yönələn bəyanatlar verirlər".
Baş Prokuror bildirdi ki, ölkədə ictimai-siyasi sabitliyin pozulmasına imkan verilməyəcək: "Yuxu görən insanlar elə yuxu görə-görə qalacaqlar".
--------------------
13:08
Milli.Az xəbər verir ki, bu gün Milli Məclisdə Prezident İlham Əliyevin Zakir Qaralovun yenidən baş prokuror vəzifəsinə təyin olunması ilə bağlı göndərdiyi təqdimata baxılıb. Təqdimat haqda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. O deyib ki, ilk dəfə məhz Zakir Qaralovun başçılığı ilə prokurorluqda işə qəbul test ilə həyata keçirilib. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə aparıcı orqan kimi prokurorluq öz sıralarında islahatlar həyata keçirib.
Deputatlardan Aydın Həsənov, Azay Quliyev, Xanhüseyn Kazımlı, Rəfael Cəbrayılov və başqaları Zakir Qaralovun Baş prokuror qismində özünü kifayət qədər doğrultduğunu söylədilər, onun bu vəzifədə gördüyü əhəmiyyətli işlərdən, islahatlardan danışdılar.
Pənah Hüseyn isə bu vaxta qədər Zakir Qaralovun bir dəfə də olsun Milli Məclisdə hansısa məsələ ilə bağlı hesabat vermədiyin bildirdi: "Xocalı faciəsinin günahkarları kimi Sarkisyan və Köçəryanla bağlı bir dəfə də olsun məlumat verilməyib". Deputat dedi ki, Elmar Hüseynovun qətli ilə bağlı Baş prokurorluğun göndərdiyi cavab Milli Təhlükəsizlik Nazirliyinin eyni məsələ ilə bağlı cavabı ilə uyğun gəlmir: "Bir çox cinayət işləri - Ziya Bünyadovun qətli, Hacı Məmmədovun məsələsi ilə bağlı eyni cavablar verilir. İstintaq işləri keyfiyyətsiz, doğru-düzgün aparılmır. Bu vaxtadək 11 jurnalistin döyülməsi, incidilməsi, işgəncə verilməsi haqqında işlərin də üstü açılmayıb".
Spiker Oqtay Əsədov isə Pənah Hüseyni qərəzli çıxış etməkdə günahlandırdı: "Qatığa ağ deyəndə həmişə onu qara görürsünüz. Hamı buna öyrəşib".
Müzakirələrdən sonra deputatların əksəriyyəti (lehinə 103, əleyhinə 6) Zakir Qaralovun Baş prokuror kimi təqdimatını dəstəklədilər və onun növbəti müddətə bu vəzifəyə seçilməsinə səs verdilər.
Xatırladaq ki, Z.Qaralovun Baş prokuror kimi səlahiyyət müddəti aprelin 25-də bitirdi. O, 2000-ci il aprelin 25-dən Azərbaycan Respublikasının Baş prokurorudur.
Fidan
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - (Video)
-
“Sən demə, sabah bazar günüdür” - TRIPP-in icrasının başlanma vaxtını açıqladı
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Şəmkirdə evdən 66 yaşlı qadının meyiti tapıldı
-
Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi
-
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
-
Yalçın Babayev işdən azad edildi
-
Bəxtiyar Əliyev Rusiyanın məşhur musiqi layihəsində
-
"Yakışıklı Mısırcı" bir neçə saniyədə 21 min manatlıq hədiyyə qazandı
-
Tikinti aparılan binadan yıxılan şəxs öldü - (Foto)
-
Ukraynada hərbi əməliyyatlar dayanacaq
-
Yunanıstan İsraildən 1 milyardlıq silah alır
-
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Albert İvanov vəfat etdi
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Gürcüstan surroqat analığı qadağan edir
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada