Siyasət

Qarabağa nəzarətə dronlar cəlb edildi - Rusiya MN-dən açıqlama - VİDEO

4 Fevral 2021 10:06
Baxış: 1 898

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin heyəti Dağlıq Qarabağda atəşkəsə və hərbi hərəkətlərə nəzarəti yerinə yetirir.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, rus hərbçiləri  atəşkəsə nəzarəti "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatlarından istifadə edərək yerinə yetirir.

"Birgə mərkəzin hərbi qulluqçuları pilotsuz hava vasitələrindən idarəetmə mərkəzində davamlı olaraq görüntülər alır. Burada hərbi texnika, şəxsi heyətin bütün hərəkətləri analiz edilir və tərəflərin təmas xəttini keçməsinin faktları qeydə alınır".

Qeyd edilib ki, Birgə Mərkəzin növbətçiləri razılaşmaların yerinə yetirilməməsi ilə bağlı istənilən məsələlərə və ya problemlərə dair şikayətlərə baxır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.