Siyasət

Ermənilər Natəvanın yaşadığı sarayı da talan ediblər - FOTO

31 Yanvar 2021 14:49
Baxış: 1 640

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə Xan qızı Natəvanın yaşadığı sarayda olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fotoqraf Cavanşirlər nəslinin ermənilər tərəfindən talan edilmiş sarayından fotolar paylaşaraq yazıb:

"Mən Xurşudbanu Natəvanın yaşadığı, şeirlərini yazdığı, Şuşaya su kəməri çəkməyi planlaşdırdığı Sarayda 1992-ci ildə olmuşdum. Onun şeirləri üçün ilhamlandığı pəncərənin qarşısında dayanmışdım.

Cavanşir Xan Sarayı şəhər ermənilər tərəfindən işğal edilənə - 1992-ci ilin mayına qədər ev muzeyi olub. 2020-ci ilin dekabrında mən Şuşaya qayıtdım və dəhşətə gəldim. Muzeyin daxilindəki hər şey talan edilmiş, saray dağıdılmış və həyəti donuz otlağına çevrilmişdi. Nə üçün?"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.