Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam verib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Xəlilov Təmkin Həsən oğlu - Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi
Mehdiyev Telman Hüseynqulu oğlu - Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi
Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.
Milli.Az