Prezident İlham Əliyev bu şəxslərə general-mayor rütbəsi verdi

30 Yanvar 2021 15:42

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Xəlilov Təmkin Həsən oğlu - Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

Mehdiyev Telman Hüseynqulu oğlu - Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.

Milli.Az