Siyasət

Erməni təşkilatı Azərbaycanın ABŞ-dakı səfirini təhdid edir

30 Yanvar 2021 11:13
Baxış: 1 281

Azərbaycanın ABŞ-dakı səfiri ermənilər tərəfindən təhdid edilir.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Milli.Az-a bildirilib ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın ABŞ-dakı Səfirliyini hədəf alaraq, ölkəmizə, habelə səfir Elin Süleymanova qarşı nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlayıb.

"ANCA rəsmi twitter və Facebook hesabında səfiri müharibə cinayətlərində ittiham edib. ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin ölkəmizə və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub", - məlumatda bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.