"İrəvan bu məsələni bir-iki ay gecikdirə bilər" - Politoloq
Ermənistan nala-mıxa vurur.
Bunu Milli.Az-a açıqlamasında ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında baş tutan görüşü şərh edən Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Dağlıq Qarabağın statusu Azərbaycanı maraqlandırmadığı kimi Rusiyanı da maraqlandırmır:
"Azərbaycan və Türkiyə prezidentləri Bakıda keçirdikləri son ortaq mətbuat konfransında müharibədən sonra bölgədə "altılıq formatı"nın (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) yaradıla biləcəyini söylədilər. İran xarici işlər naziri Bakıda olarkən Tehranın bu formata tərəfdar olduğunu söylədi. Gürcüstan prezidenti də son açıqlamalarının birində "altılıq formatı"na maraq göstərdiklərini dedi.

Rusiyanın xarici işlər naziri dünən iranlı həmkarı ilə Moskvada görüşündə bunları deyib: "İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır: "Üç Qafqaz respublikasının - Rusiya, İran və Türkiyənin iştirakı ilə, yeni reallıqları - müharibənin olmamasını və bütün blokadaların aradan qaldırılması barədə razılığın əldə edildiyini nəzərə alaraq yeni münasibətlər qurması barədə təşəbbüslər səsləndirirlir". Başqa sözlə, Moskva da Bakı və Ankaranın təklif etdiyi "altılıq formatı"nın əleyhinə deyil.

Bircə Ermənistan nala-mıxa vurur. Ermənistan müharibədə məğlubiyyətinin həzmetmə dövrünü yaşayır, başlarını itiriblər, ona görə regional əməkdaşlıqdan danışmağa halları yoxdur. Halları olmasa da, 11 yanvarda Moskvada əldə edilən razılaşmaya görə, İrəvan Bakı ilə kommunikasiya xətlərinin açılması müzakirələrinə başlamalıdır. Çünki martın 1-nə qədər konkret plan liderlərin masası üzərində olmalıdır. İrəvan bu məsələni uzaqbaşı bir-iki ay gecikdirə bilər, sonra Moskva qarşısında hesabat verməlidir. Dağlıq Qarabağın statusu Azərbaycanı maraqlandırmadığı kimi Rusiyanı da maraqlandırmır. 6 ölkədən 5-i regional əməkdaşlığa başlanmasını gözləyirlər.
Lavrovla Zərif arasında keçirilən birgə görüş və ortaq mətbuat konfransında bir sıra diqqətçəkən məsələlərə toxunuldu. Dağlıq Qarabağdan da danışıldı, regional əməkdaşlıq haqqında fikir mübadiləsini aparıldı və nüvə anlaşması oldu ki, bu, Rusiyanın diqqət mərkəzindədir. Rusiya istəmir ki, İran da nüvə anlaşmasından çıxsın. Baxmayaraq ki, Amerikanın keçmiş prezidenti Donald Tramp 4 il qabaq anlaşmadan çıxdığını elan etmişdi. Ancaq Amerikada yeni administrasiya hakimiyyətə gəlib və onunla indi dil tapmaq lazımdır. Bayden özü də nüvə anlaşmasına geri qayıdılmasını istəyir. Çünki bu anlaşma Barak Obamanın vaxtında imzalanmışdı və Bayden də Obamanın dövründə vitse-prezident idi".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
XƏBƏR LENTİ
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər





