Gürcüstan XİN rəhbərinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin 20 Yanvar və 9 Aprel hadisələri ilə əlaqədar elan etdiyi "Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan" adlı rəsm və inşa müsabiqəsinə yekun vurulub.
Milli.Az Trend-ə istinadən bildirir ki, cari ilin yanvar ayının 22-də Azərbaycanın Respublikasının Tbilisi şəhərində yerləşən Səfirliyində müsabiqənin təltifetmə mərasimi keçirilmişdir. Təltifetmə mərasiminə fəxri qonaq qismində Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili qatılmışdır.
Tədbirin əvvəlində səfir Faiq Quliyev ilə Aleksandr Xvtisiaşvili müsabiqə iştirakçılarının çəkdiyi rəsm və yazdıqları inşalar ilə tanış olublar.
Daha sonra səfir Faiq Quliyev açılış nitqi ilə çıxış edib. F.Quliyev Səfirliyin Qanlı Yanvar hadisələrinin 31-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirib. O, əslən gürcüstanlı olan 20 Yanvar şəhidlərinin ailələrini ziyarət olunduğu barədə məlumat verib. O, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün lazımi tədbirlərin görülməsi istiqamətində işlərin aparıldığını bildirib. Səfir hər iki xalqın müstəqillik yolunda mübarizəsindən, bu yolda baş verən qanlı hadisələrin tarixindən və nəticələrindən söz açıb.
Səfir Faiq Quliyev müsabiqənin əhəmiyyətindən danışaraq, yarışda iştirak edən iştirakçılara öz təşəkkürünü bildirib. Səfir qeyd edib ki, müstəqilliyimizin bərpası ilə nəticələnən hər iki hadisə Azərbaycan və Gürcüstanda milli kimliyin formalaşmasına zəmin yaradıb. O vurğulayıb ki, şəhidlərin qanları hesabına əldə olunmuş müstəqillik əbədi və dönməzdir.
Daha sonra çıxış edən Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili müsabiqənin təşkilinə görə Azərbaycan Səfirliyinə minnətdarlığını bildirib. Nazir müavini, belə müsabiqələrin təşkil edilməsinin gənc nəsilin öz tarixini unutmamasına böyük dəstək verdiyini qeyd edib. Nazir müavini deyib ki, dövlət müstəqilliyi uğrunda şəhid olanlar böyük fədakarlıq göstəriblər, onların xatirəsi əziz tutulmalı və yaşadılmalıdır. O, müsabiqə iştirakçılarını və qalibləri təbrik edib, bu cür tədbirlərin təşkilinin gənc nəslin milli ruhda böyüməsində mühüm rol oynadığını vurğulayıb.
Həmçinin, Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə toxunan nazir müavini, iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan Respublikası ilə Gürcüstan rəhbərliyi arasında olan sıx münasibətlərin qurumlararası münasibətlərdə də öz əksini tapdığını bildirib.
Daha sonra müsabiqənin qaliblərinin təltifetmə mərasimi keçirilib.
Müsabiqəyə hər iki nominasiya üzrə 52 iş təqdim olunub. İlk üç yeri tutan iştirakçılara diplom və hədiyyələr, müsabiqənin iştirakçılarının hamısına təşəkkürnamələr, fərqlənən 4 işə görə isə sertifikatlar və hədiyyələr təqdim olunub.
Müsabiqə iştirakçıları səfir Faiq Quliyev və Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandr Xvtisiaşvili təltif olunublar.
Tədbirin yekununda xatirə şəkili çəkilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
XƏBƏR LENTİ
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub





