Siyasət

Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir

22 Yanvar 2021 15:30
Baxış: 380

Avropa Azərbaycanlıları Konqresi (AAK) 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, AAK prezidenti Sahil Qasımovun imzası ilə İnsan Haqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinin insan haqları üzrə komissiyasına, Haaqa beynəlxalq tribunalına və Haaqa hərbi tribunalına ünvanlanan bəyanatda bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşun hissələri Bakı şəhərində xalqımıza qarşı insanlığa zidd cinayət törədib. Qeyd edilib ki, yaddaşımızda Qara Yanvar kimi qalan həmin gün Ümummilli Hüzn Günü olmaqla yanaşı, həm də ölkəmizin ərazi bütövlüyü, eləcə də qürurumuz və şərəfimiz uğrunda mübarizə günüdür: "Bu qanlı hadisələr bir daha sübut etdi ki, xalqımız öz müstəqilliyinin bərqərar olması üçün mübarizə apara bilir".

Bəyanatda indiyə qədər 20 Yanvar kimi dəhşətli cinayətin törədilməsində təqsirkar və əlbir olan şəxslərin cəzalandırılmadığı, bu faciəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilmədiyi nəzərə çatdırılıb: "20 Yanvar 1990-cı il tarixində baş verən hadisələri insanlığa zidd cinayət kimi qiymətləndirmək üçün kifayət qədər qanunverici baza mövcuddur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.