Paşinyan: "Şuşa Azərbaycan şəhəridir" - VİDEO
"Qarabağdakı müharibəni Azərbaycanın daha az əraziyə nəzarəti ələ alması şərtilə dayandırmaq mümkün deyildi. Müharibəni daha az itkilərlə başa vurmaq imkanlarımız da, mahiyyət etibarilə, yoxdu".
Ermənistanın baş naziri Nikol Paşinyan dünən Ermənistan parlamentində hökumət saatı zamanı çıxışında belə deyib.
Deputatların suallarını cavablayan Paşinyanın açıqlamaları Ermənistanda böyük rezonans yaradıb.
Müxalifətdəki "Çiçəklənən Ermənistan" Partiyasından olan deputat Naira Zohrabyan soruşub: "Rusiya prezidenti Vladimir Putin dedi ki, Şuşa üzərində nəzarəti saxlamaq şərtilə savaşı Ermənistan üçün daha sərfəli şərtlərlə başa vurmaq imkanları vardı. Siz isə bəyan edirsiniz ki, belə imkanlar yox idi. Yəni Putinin dediklərini şübhə altına alırsınız?"
"Bu məsələ ilə bağlı əvvəllər müsahibələrimdə dəfələrlə açıqlama vermişəm. Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesi başlayandan bəri elə bir nizamlanma variantı yoxdu ki, orada azərbaycanlı qaçqınların Şuşaya qayıdışının təminatından bəhs edilməsin. Qarabağ münaqişəsi başlayana qədər Şuşa sakinləri arasında azərbaycanlıların sayı 90 faizdən çox idi. Yəni siz demək istəyirsiniz ki, əhalisinin 90 faizindən də artığı azərbaycanlılar olmuş Şuşa statusuna görə erməni şəhəridir?! - N.Paşinyan deyib.
Ermənistan hakimiyyətində Qarabağla bağlı ciddi fikir ayrılıqlarının olduğu bir daha təsdiqlənir. Belə ki, yanvarın 19-da Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bəyan etmişdi: "Şuşa ermənilərin mədəniyyət mərkəzidir. Kimin nə deməsindən asılı olmayaraq Şuşanın türk mədəniyyət mərkəzi olacağı barədə söylənənlərlə razı deyilik".
Ermənistanda yeni müharibə tələb edən revanşistlərin sayının artdığını nəzərə alsaq, N.Paşinyanın açıqlaması təəccüblü deyil.
Revanşist ritorikaya qarşı realist mövqelərin nümayişin, illüziyalardan imtinanın zamanın çatdığını N.Paşinyan dərk edir.
Təbii ki, o, nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalmağa çalışır. Gərçi əvvəllər o, Azərbaycanın ünvanına absurd və idiotik açıqlamalarla çıxış etməyə, Ermənistanda militarist və ifrat şovinist ritorikanı gücləndirməyə çalışırdısa, indi Ermənistanın çox ağır vəziyətdə olduğunu anladığından ölkəni ümidsiz və puç aqressivlikdən iqtisadi problemlərin həlli məcrasına yönəltmək niyyətindədir.
Ermənistanda səslənən çağırışlara və revanşizm dolu "tələb"lərə rəğmən, ölkə indi apatiyada, depressiyadadır. Erməni millətçiliyi və ekstremizminin carçıları arasında yer alan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın mənasız, sonucsuz ideyalarından qurtulmasalar, ermənilər ümumiyyətlə, dövlətləri ilə vidalaşmalı olacaqlar.
"İndi baş verənlərin başlıca səbəbkarları əvvəlki hakimiyyətlərdir" deyən Pahinyan haqlıdır: ermənilərin aqressiv işğalçılıq və millətçilik düşüncəsinin fəsadları gec açılan mina təki indi partlayır.
Ermənistan dəyişməlidir. İllüziyalardan qurtuluş, millətçi ritorikadan faktlarla barışaraq gerçəyin olduğu kimi qəbullanmasına keçid İrəvanın yeganə çıxış yoludur.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
XƏBƏR LENTİ
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı





