"Paşinyan əks-hücuma keçib, bizə də elə bu lazımdır" - Politoloq
"Nikol Paşinyan parlamentdə etdiyi son çıxışında və müxalifətdən olan deputatların suallarına cavablarında bir sıra məqamlara toxundu".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, bir müddət əvvəl müxalifətin təzyiqi ilə üzləşən Paşinyan, indi əks-hücuma keçib:
"Paşinyan ilk olaraq dedi ki, o müxalifətlə erkən parlament seçkisinin tarixini müzakirə etməyə hazırdır. Paşinyan müxalifətə səslənərək bildirdi ki, "məni istəmirsinizsə seçki keçirək ən layiqlini baş nazir seçək". Paşinyan seçki tezisi ilə müxalifəti çətin vəziyyətə sürükləyib. Müharibədə məğlub olan Paşinyan bir müddət müxalifətin təzyiqi ilə üzləşdi, indi isə əks-hücuma keçib. Müxalifət seçki istəmir. Səbəbi sadədir. Müxalifət seçki nəticəsində hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamayacağını proqnozlaşdırır. Ona görə də Paşinyan müxalifətə zəif damarından basır.

İkincisi, Paşinyan Dağlıq Qarabağ mövzusunda dedi ki, Minsk Qrupu çərçivəsində status danışıqlarına başlanılmasının tərəfdarıdır. Paşinyan Rusiyanın XİN rəhbəri Sergey Lavrovun da onun kimi düşündüyünü bildirdi.
Üçüncüsü, Paşinyan yenidən əsirlər mövzusuna toxunaraq bildirdi ki, bu mövzunun daima gündəmdə olması Ermənistanın maraqlarına ziddir. Yəni Paşinyan demək istədi ki, əsirləri qaytarmağa çalışsa da, bu alınmır və bu mövzunun daima müzakirə olunması Ermənistana əlavə problemlər yaradır. Başqa sözlə Paşinyan ona işarə etdi ki, əsirlər mövzusu erməni cəmiyyətini parçalayır.
Dördüncüsü, Paşinyan dedi ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlıların varlığını müsbət qiymətləndirir: "Təhlükəsizlik sahəsində Ermənistanla Arsax adlandırdıqları qondarma rejim arasında dəyişən bir şey yoxdur. Digər tərəfdən rusiyalı hərbçilərin Dağlıq Qarabağda olmaları Arsax üçün əlavə təhlükəsizlik amilidir".

Beləliklə, zaman geçdikcə Paşinyan erməni ictimaiyyəti qarşısında məğlub sindromundan qurtulmağa və fəallığını artırmağa çalışır. Paşinyan parlamentdə müxalifətin istənilən sualını cavablandıra biləcəyini göstərməyə çalışır. Əslində isə Paşinyan faktiki məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirməklə məşğuldur. Bizə də elə bu lazımdır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
XƏBƏR LENTİ
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq





