Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
AZƏRTAC ilə Əlcəzair KİV-ləri arasında əməkdaşlığın qurulması və informasiya mübadiləsinin aparılması ölkələrimiz haqqında daha obyektiv və dürüst məlumatların yayılmasına şərait yaradar.
Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhakın görüşündə səsləndirilib. Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı birgə layihələrin reallaşdırılması, məlumatların operativ mübadiləsi məsələləri müzakirə olunub.
Qonağa AZƏRTAC-ın fəaliyyəti və dünya informasiya məkanında mövqeyi barədə məlumat verilib. Bildirilib ki, agentliyimiz bir sıra beynəlxalq və regional media qurumları çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyində Əlcəzair Xəbər Agentliyi (APS) ilə əməkdaşlıq edir. Bu münasibətlərin ikitərəfli müstəviyə keçirilməsi, Azərbaycan və Əlcəzairin aparıcı informasiya agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı xəbər mübadiləsi hər iki tərəf üçün faydalı olar.
Azərbaycanla bağlı məlumatları AZƏRTAC-ın saytında ərəb və fransız dillərində əldə etdiyini deyən Salima Abdelhak agentliyin Əlcəzair haqqında da xəbərlər yaymasından məmnunluğunu ifadə edib. "AZƏRTAC ilə APS agentliyi arasında daha sıx əlaqələr qurulmasını istərdik. Düşünürəm ki, xəbər mübadiləsinin üçüncü tərəf vasitəsilə deyil, birbaşa iki agentlik arasında aparılması önəmlidir", - deyə diplomat bildirib.
Görüşdə, həmçinin informasiya sahəsində əməkdaşlığın perspektivləri, medianın inkişafındakı tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
XƏBƏR LENTİ
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər





