"Ermənistanın razılaşmaya əməl etməkdən başqa yolu yoxdur" - Deputat
30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən həll edildi. Ərazilərimizin işğaldan azad edilməsi regionda tamamilə yeni mənzərə yaratdı.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bu bölgə üçün yeni çağırışlar yaratdı. O qeyd edib ki, bundan sonrakı mərhələdə bölgədə sülhə dəstək vermək və iqtisadi prosesləri sürətləndirmək bütövlükdə Cənubi Qafqaz regionu üçün faydalı olacaq:
"Onsuz da əvvəlki dövrlərdə bölgədəki nəhəng layihələrin icrası birbaşa Azərbaycanın iradəsindən asılı idi. Müharibədən qalib çıxmağımız isə bu mövqeyimizi daha da gücləndirdi. Düşünürəm ki, bu vəziyyət hər kəsə, o cümlədən ermənilərə də kifayət qədər aydındır. Əfsuslar olsun ki, Ermənistanın bəzi siyasi dairələri və ənənəvi türk düşmənçiliyi mövqeyi tutan təşkilatları region üçün yaranmış yeni reallıqları sanki görmür, imzalanmış sənədlərin icrasından yayınmaq istəyirlər.
İmzalanmış sənədlərdən imtina etmək Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər. Onsuz da iqtisadiyyatı demək olar ki, məhv olmuş bu dövlətin çox ciddi problemləri var. Əhalinin həyat səviyyəsi hər keçən gün ağırlaşır. Gənclər Ermənistanı tərk etməyin yollarını axtarırlar və.s. Bütün bunların fonunda isə yenidən əsassız iddialarla razılaşmadan yayınmaq cəhdləri özünəqəsdə bərabərdir".
Ş.İsmayılov vurğulayıb ki, Ermənistan nə qədər tez yaranmış yeni reallıqları qəbul etsə bu, elə ən çox onlara fayda verəcək:
"Bunun isə çox sadə yolu var, düşünməyi bacarmaq və ənənəvi türk düşmənçiliyindən imtina etmək. Zaman artıq bizim xeyrimizə işləyir. Ermənistanın normal gələcəyi birbaşa olaraq onun öz qonşuları ilə münasibətlərindən asılıdır. Ona görə də nə Ermənistan üçün imzalanmış sənədlərə əməl etmək yeganə qurtuluş yoludur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu





