Dünya

"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"

6 Oktyabr 2026 10:58
Baxış: 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp "Flydubai" təyyarəsində baş verən hadisəyə görə İranı məsuliyyət daşıyan tərəf kimi göstərib.

Milli.Az xəbər verir ki, CNN jurnalistlərin sualına cavab olaraq Trampın "Bəli, məsuliyyət daşıyır" dediyini yayıb.

Jurnalistlər ABŞ prezidentindən hadisəyə görə İranın məsuliyyətə cəlb edilib-edilməyəcəyini soruşublar.

Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsi kabinədə pilotların davasından sonra Səudiyyə Ərəbistanının Təbuk Hava Limanına təcili eniş edib. Onlardan biri bıçaq yarası alıb, bundan sonra ikincisi təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib. Digər ekipaj üzvləri və sərnişinlər vəziyyətə müdaxilə ediblər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.