Hadisə

14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi

6 Oktyabr 2026 10:16
Baxış: 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda yetkinlik yaşına çatmayan qızın görüntülərini sosial şəbəkələrdə yayan şəxs cinayət məsuliyyətnə cəlb edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Maştağa qəsəbə sakini 2000-ci il təvəllüdlü Malik Məmmədov (adlar və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 171-1-ci (Uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə iş açılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, instagramda tanış olduğu 14 yaşlı Südabənin intim görüntülərini əldə edərək özündə saxlayıb. Malik qızın qohumlarının telefon nömrəsini də ondan tələb edərək alıb. Bir müddət sonra münasibətlərinin pozulmasını və qızın onu sosial şəbəkədə bloklamasını bəhanə edərək görüntüləri olan 5 müxtəlif videonu onun anasına və digər qohumlarına göndərib.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Malik 5 il həbs cəzasına məhkum edilib. Oktyabrın 1-i keçirilən son məhkəmə iclasında o həbs olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.