"Müharibə və pandemiya olsa da, ötən il Azərbaycanda heç bir sosial layihə təxirə düşmədi"
2020-ci il Azərbaycan tarixinin ən şanlı illərindən biri oldu. Son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan ərazilərinin işğaldan azad olunması təmin olundu.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, müzzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etdi, Azərbaycan tarixində yeni bir səhifə açıldı:
Deputat bildirib ki, 2020-ci il bütün dünya üçün çətin keçdi: "Əlbəttə, 2020-ci il Azərbaycan üçün də çətin oldu. Biz iki düşmənlə üz-üzə qalıq, biri erməni faşizmi, biri də gözəgrünməz COVİD-19 virusu. Digər tərəfdən dünyada neftin qiymətlərində azalma bir sıra problemlər yaradırdı. Azərbaycan dövləti, möhtərəm Prezident İlham Əliyev tərəfindən aparılan düzgün və balanslaşdırılmış siyasət nəticəsində ölkəmiz bu çətinliklərə sinə gəldi, bu illər ərzində Azərbaycanda yaradılmış dayanıqlı və möhkəm iqtisadiyyat bu ili də uğurla başa vurmağa imkan verdi.
İlin əvvəlindən nəzədə tutulan sosial layihələrin heç biri təxirə salınmadı və nəzərdə tutulanda artıq işlər də görüdü. Bundan əlavə koronavirus pandemiyasından əziyyət çəkn insanlara sosial dəstək pakentləri həyata keçrildi və bu gün də keçirilməkdə davam edir. Həmçinin sahibkarlara dəstək paketi həyata keçirildi, pandemiya səbəbindən işə gedə bilməyən insanların əməkhaqqısı ödənildi. Ümumilikdə pandemiya ilə bağlı dəstək paketləri 5 milyona yaxın vətəndaşımızı əhatə etdi.
Qısa zamanda əlverişli karantin zonaları, yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi xəstəxanalar yaradıldı, yeni xəstəxanalar istifadəyə verildi. Səhiyyə sisteminin müasir laboratoriyalarla təmin edildi, yoluxma hallarının müəyyənləşdirilməsi üçün testlərin geniş tətbiqinə başlandı. Bütün tibb müəssisələrinin texniki təminatı, xüsisi avadanlıqların, dərman preparatlarının, testlərin alınması və ölkəyə gətirliməsi təmin edildi, eyni zamanda koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əmək haqlarının 3-5 misli həcmində maaş alırlar".
Deputat bildirib ki, eyni zamanda il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi veterenlarına diqqət və qayğı daha da artrıldı: "Şəhid ailələri və Qarabağ müharibəsi əlliləri üçün 2020-ci ildə nəzərdə tutulan 1500 fərdi ev və mənzillərin,o cümlədən 400 avtomobilin verilməsi həyata keçirildi. İndiyədək isə 9000-ə yaxın mənzil və fərdi ev, 7050-dən çox minik avtomobili şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib".
S.Hüseynova vurğulayıb ki, eyni zamanda 44 günlük Vətən müharibəsinə böyük vəsaitlər tələb olundu və təmin edildi: "Göründüyü kimi 2020-ci il zəfər ili olmaqla yanaşı, çətin bir il oldu, lakin buna baxmayaraq müxtəlif sahələr üzrə Azərbaycanın göstəriciləri uğurlu oldu. Belə ki, qeyri-neft sektorunda 11 faiz, orta əməkhaqqlarında 13-14 faiz, kənd təsərrüfatı 2 faiz artım müşahidə olundu. Bu bir daha onu göstərir ki, Azərbaycanın dayanıqlı iqtisadiyyatı mövcuddur.
Azərbaycan müstəqillik illiərində borc alan ölkədən borc verən ölkəyə çevrilib. Bunun da səbbi sözsüz ki, ölkədə aparıkan çox uğurlu siyasətin nəticəsidir. Azərbaycan iqtisadiyyatının dayanıqğlığı və ölkədə aparılan islahatların səmərəliliyi beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan öz göstəricilərinə 190 ölkə içərisində 28-ci yerdə qərarlaşıb və dünyanın ən islahatçı 10 ölkəsindən biri olub.
Eyni zamanda ölkəmizdə heç bir insrastruktur layihəsi təxirə düşmədi. Yol çəkilməsi, su və qaz təchizatı ilə bağlı layihələr ləngimədən həyata keçirildi. Ölkə üzrə elektrik enerjisi ilə təchizat 100 faiz, qaz təchizatı 96 faiz, içməli su təchizatı 80 faizdir və 100 faizə çatdırılması istiqamətində işlər davam etdirilir. Avtomobil yollarının səviyyəsinə görə Azərbaycan dünyada 27-ci yerdə, hava yollarının xidmətinə görə 12-ci yerdə qərarlaşıb, dəmir yol xidmətində də uğurlu göstəricilərimiz var. Bütün bunların hamısı əhalimizin sosial sifahını təmin edən işlərdir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr imkan verir ki, bu il göstəricilərimiz daha uğur olsun. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa və yenidənqurma işləri ölkəmizin daha da inkişaf etəsinə şərait yaradacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov





