Ordumuz nəyi seçəcək? "Qara bəbir", "Leopard", yoxsa "Altay"?
İkinci Qarabağ Savaşının 44 günlük təcrübəsi Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində total texniki və hərbi üstünlüyünü bariz şəkildə nümayiş etdirdi.
Bununla yanaşı, Vətən Müharibəsi hərbi əməliyatların operativ teatrında zirehli texnikalardan, xüsusilə də tanklardan istifadənin hələ də effektiv döyüş fəaliyyəti olaraq qaldığını göstərdi.
Zərbə PUA-ları və "Bayraktar"lar nə qədər dəqiq zərbələr endirsələr də, düşmənin hava hücumundan müdafiə sistemlərindən tutmuş, loqistika və idarəetmə vasitələrini məhv etsələr də, tanklar sarsıdıcı, ən başlıcası isə sürətli zərbə vasitələridir.
44 günlük savaşda Azərbaycan ordusu hücumlar və əks-hücumlarla yanaşı, motoatıcı birliklərin yerdəyişmələrində tanklardan istifadənin yeni taktikasını nümayiş etdirdi.
Lakin bu taktikanın inkişafı, potensial düşmənin ən qısa müddətdə zərərsizləşdirlməsi tank birliklərinin modernləşdirilməsini və yeni tanklarla təminatını da ehtiva edir.

Sözügedən səbəbdən Azərbaycan tank birliklərinin texniki yenilənməsi və modernizasiysı ilə məşğul olmalıdır, olur da.
Əldə etdiyimiz məlumatlara görə, Azərbaycan Cənubi Koreyadan "Black Panther " ("Qara bəbir") kimi tanınan K2 tankını ala bilər.
Hələlik 100 tankın alınması ilə bağlı planlar var.
2014-cü ildə Cənubi Koreya ordusuna qəbul edilmiş K2-ni Müdafiə İstehsalatı Agentliyi (Agency for Defense Development, ADD) və "Hyundai Motors"un nəzdindəki "Rotem" korporasiyası istehsal edir.
Texnoloji baxımdan çox mürəkkəb olan K2-nin satış qiyməti 8,5 milyondur və bu, onu hazırda mövcud olan tanklar arasında ən bahalılardan birinə çevirir.
Lakin Bakı və Seul arasında aparılan müzakirələrdə koreyalılar K2-nin qiymətini 6,2 milyon dollara qədər aşağı salıblar.
"Hyundai"ın istehsal etdiyi "Qara bəbir"in alıcıları arasında Norveç, Hindistan, Finlyandiya, Estoniya və Oman var.
Türkiyənin yeni əsas tankı olacaq "Altay"ın da istehsalında Cənubi Koreya şirkətləri iştirak edirlər.

Belə ki, "Altay"ın Almaniya istehsalı olan MTU mühərriki və RENK transmissiyası, habelə Fransa istehsalı olacaq zirehlə təchiz edilməsi nəzərdə tutulurdu.
Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar almanlarla fransızları fikirlərindən daşındırıb. Belədə rəsmi Ankara ilə Seual arasında əvvəlcə danışıqlar və müzakirələr, sonra isə əməkdaşlıq başlanıb.
Hazırda Cənubi Koreyanın "Hyundai", "Doosan" və "S&T Dynamics" şirkətləri "Altay"ın hazırlanmasına cəlb olunublar.
Türkiyə "Altay"la bahəm, "Kaplan MT" tankı da təklif edir.
Almaniyanın "Rheinmetall" hərbi-sənaye korporasiyası da Azəraycana tank satmaq niyyətindədir.
Rəsmi Berlin ölkəmizə qarşı silah və hərbi texnika embarqosu tətbiq etsə də, "Rheinmetall" Bakıya tank satışını reallaşdıra biləcəyini vurğulayıb.
.jpg)
Almanlar Bakıya "Leorapard2" tanklarını təklif edir. Lakin "Krauss-Maffei Wegmann" və "Maschinenbau Kiel" şirkətlərinin istehsalı olan bu tankın kütləsi çox olduğundan, həddən ziyadə ağır tank sayılır.
Ümumiyyətlə isə, Bakının 100 yox, daha çox tank satın alması da reallaşa bilər.
Sadəcə, təkliflər dəyərləndirilir və onların arasında ən optimal variant aranır.
Elçin Alıoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





