Siyasət

Hərbi qulluqçular bu tarixlərdə tərxis ediləcək - SƏRƏNCAM

25 Dekabr 2020 11:15
Baxış: 4 589

Prezident İlham Əliyev səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandıracaq. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.