Siyasət

Qarabağda rus sülhməramlılarının maşınının iştirakı ilə avtoqəza olub, ölənlər var - FOTO

10 Dekabr 2020 23:57
Baxış: 12 375

Dağlıq Qarabağda rus sülhməramlılarının avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də qeydə alınıb. Məlumata görə, "Suzuki Vitara" markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus "Ural" markalı avtomobillə toqquşub. Nəticədə "Suzuki"nin sürücüsü və sərnişini hadisə yerində ölüb. Onların şəxsiyyətləri araşdırılır.

Yol qəzasının əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi deyilir. Bölgədə qatı duman, yağış və qar yolları görünməz edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory