"Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq"
Laçın Qarabağın cənnətməkan yerlərindən biridir. Laçın bizim canımızdan bir parçadır. Çox tezliklə ona da qovuşacağıq. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, Azərbaycan xalqının əzmi bizi bütün uğurlara addım-addım yaxınlaşdırır. Laçın da bizim növbəti uğurumuz olacaq. İntizarla gözləyirik bu anı.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, müharibənin gedişində bizim əsgərlərimiz elə bir qəhrəmanlıq nümunəsi göstərdi ki, Azərbaycanın lideri, möhtərəm Prezidentimiz ortaya elə bir mövqe qoydu ki, düşmən geri çəkilməyə və üçtərəfli bəyənatı imzalamağa məcbur oldu:
"Artıq Ağdam qayıdıb, artıq Kəlbəcər bizimdir. Müqaviləyə əsasən, Laçın da qayıtmalıdır. Həm də bir güllə atılmadan. Təbii, ermənilər yas içindədirlər, Ermənistan xaosa bürünüb. Onlar mövcud durumu heç cür həzm edə bilmirər. Amma həzm edəcəklər. Etməlidirlər. Başqa yolları yoxdur. Eynən cənab Prezident İlham Əliyevin söylədiyi kimi - "Bizim dəmir yumruq düşməni məcbur etdi ki, geri çəkilsin, uçtərəfli müqaviləni imzalasın".
Deputat qeyd edib ki, Laçın ərazi baxımından Dağlıq Qarabağın ən böyük şəhərlərindən biridir:
"Laçın təbii ehtiyatları ilə zəngin bir məkandır. Birinci Qarabağ savaşında Laçın uğrunda qəhrəman oğullarımız şəhid olub, Laçında qəhrəmanlarımızın məzarı var. Və Laçın həm də strateji bir ərazidir. Ona görə də ermənilər oraya böyük hərbi arsenal yığmışdı, Laçında istehkam qurmuşdu. Fəqət, bu istehkamlar hər nöqtədə darmadağın edildi: həm hərb, həm siyasət, həm informasiya, həm də diplomatiya sahəsində.
Azərbaycan xalqının əzmi, qətiyyəti və gücü ermənini dizüstə çökdürdü. Ona görə də üçtərəfli müqaviləni bağlamağa məcbur oldular.
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik. Laçın da qayıtsın, tam olaq, arzumuza çataq. Eşq olsun Azərbaycan ordusuna. Eşq olsun Ali Baş Komandana. Eşq olsun Azərbaycan xalqına. Qarabağ Azərbaycandır!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər





