Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib - FOTO
Gələcəkdə Azərbaycan və Ukrayna arasında məhsulların ixracını və idxalını artırmağa hazırıq, xüsusilə Poltava bölgəsinin qoşula biləcəyi investisiya layihələrinin siyahısını təqdim edə bilərik.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Poltava vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbovla görüşdə deyib.
Azərbaycan iqtisadiyyatının 85 faizinin özəl sektorda cəmləşdiyini deyən səfir vurğulayıb ki, şirkətlərimiz Poltavanın təbii qaz istehsalı, kənd təsərrüfatı və şəhərsalma sahələrində iştirakda maraqlıdır.
"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə xarici investorların fəaliyyəti üçün şəffaf mühit yaradılıb. Ukrayna şirkətləri Azərbaycanın erməni işğalından azad edilən ərazilərinin yenidən qurulmasında fəal iştirak edə bilərlər. Azərbaycan dövləti artıq həmin ərazilərin yenidən qurulması və inkişaf etdirilməsi üçün dövlət proqramı hazırlayır", - E.Axundova əlavə edib.
Qubernator O.Sinequbov isə öz növbəsində bildirib ki, hər iki ölkənin iqtisadiyyatı bir-birinə bənzəyir və Azərbaycan-Ukrayna arasında əməkdaşlıq inkişaf edir.
"Azərbaycan Poltava bölgəsinin ən böyük tərəfdaşlarından biridir. Bölgədə yeni sənaye sahələrinin daha da inkişaf etdirilməsi və yerləşdirilməsi, kənd təsərrüfatı, sənaye və qaz istehsalı sahəsindəki əməkdaşlıqda maraqlıyıq", - o bildirib.
Görüşdə tərəflər, həmçinin təhsil və turizmin inkişafı sahələrində gələcək əməkdaşlığı müzakirə ediblər.
Daha sonra səfir E.Axundova Poltava sahibkarları ilə görüş keçirib. O bildirib ki, Ukrayna və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün bütün mümkün variantlar nəzərdən keçirilir. Bu görüşdə də şirkətlərin təklifləri dinləniləcək və Azərbaycanın İqtisadiyyat Nazirliyinə təqdim ediləcək. Müzakirələr zamanı tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur





