"Ermənilər xaricdən etnoqraflar gətirib Azıx mağarasını erməniləşdiriblər"
"Ermənilər elə yarandığı gündən vandalizmlə məşğul olublar".
Bunu Milli.Az-a açıqlamasında tarixçi-alim İbrahim Zeynalov deyib.
Alim bildirib ki, ermənilər tarixi-mədəni-dini abidələrimizi, eksponatlarımızı daşıyıb aparmaqla, mənimsəməklə məşğul olublar:
"Ermənilər yarandıqları gündən dünyanın mütərəqqi, ümumi mənzərəsinə uyğun, keyfiyyətli nə varsa hamısını dağıtmaqla, hamısını məhv etməklə məşğul olublar. Onlar istər Azərbaycan torpaqlarında, istər digər yaşadıqları, məkunlaşdıqları ərazilərdə abidələri, tarixi yerləri erməniləşdirməklə məşğul olublar. Ermənilər əzəldən həmin ərazilərdən istər tarixi-mədəni abidələrimizi, istər dini abidələrimizi, qədim yaşayış yerlərini, mağaraları, orada olan ekspanatları, xüsusilə bizim görkəmli şəxsiyyətlərin ev muzeylərindən, evlərindən əldə etdikləri ekspanatları daşıyıb aparmaqla, mənimsəməklə məşğul olublar. Yəni, onlar istər işğal olunan ərazilərdə, yaxud qeyri-qanuni məskunlaşdıqları ərazilərdə fəaliyyətləri vandallıqdan, terrordan, dağıdıcılıqla məhv etməkdən ibarət olub.

Ermənilər bizim bu abidələrimizdən, eksponatlardan mümkün qədər özləri üçün yararlanıblar, istifadə ediblər, erməniləşdiriblər. Onlar digər xalqların tarixini məhv etməklə həmin tarixi erməniləşdirməklə məşğul olublar. Elə götürək, Azərbaycan ərazilərindəki xristian kilsələrini, qədim alban kilsələrini erməniləşdiriblər. Belə kilsələrə istər Kəlbəcərdə, istər Azərbaycanın qərb rayonlarındakıları misal göstərmək olar. Qərb rayonlarının dağətəyi, dağlıq ərazilərində xristianlıq geniş yayılmışdı, xristian kilsələri var idi. Gədəbəydə, Kəlbəcərdə, Tovuzda, eyni zamanda digər qərb rayonlarında çoxlu sayda xristian kilsələri var idi.

Eyni zamanda Azərbaycanın qədim yaşayış məskəni olmasını sübut edən abidələr - Azıx mağarasını, Dağlar mağarasını ermənilər xaricdən arxeoloqlar, etnoqraflar dəvət edib, mümkün qədər orada olan ekspanatları mənimsəyiblər, erməniləşdiriblər, mümkün olmayanını da dağıdıb, istismar ediblər, istifadə ediblər. Onların bütün fəaliyyətləri belədir!".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
XƏBƏR LENTİ
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi





