"Ermənilər xaricdən etnoqraflar gətirib Azıx mağarasını erməniləşdiriblər"

27 Noyabr 2020 16:37

"Ermənilər elə yarandığı gündən vandalizmlə məşğul olublar".

Bunu Milli.Az-a açıqlamasında tarixçi-alim İbrahim Zeynalov deyib.

Alim bildirib ki, ermənilər tarixi-mədəni-dini abidələrimizi, eksponatlarımızı daşıyıb aparmaqla, mənimsəməklə məşğul olublar:

"Ermənilər yarandıqları gündən dünyanın mütərəqqi, ümumi mənzərəsinə uyğun, keyfiyyətli nə varsa hamısını dağıtmaqla, hamısını məhv etməklə məşğul olublar. Onlar istər Azərbaycan torpaqlarında, istər digər yaşadıqları, məkunlaşdıqları ərazilərdə abidələri, tarixi yerləri erməniləşdirməklə məşğul olublar. Ermənilər əzəldən həmin ərazilərdən istər tarixi-mədəni abidələrimizi, istər dini abidələrimizi, qədim yaşayış yerlərini, mağaraları, orada olan ekspanatları, xüsusilə bizim görkəmli şəxsiyyətlərin ev muzeylərindən, evlərindən əldə etdikləri ekspanatları daşıyıb aparmaqla, mənimsəməklə məşğul olublar. Yəni, onlar istər işğal olunan ərazilərdə, yaxud qeyri-qanuni məskunlaşdıqları ərazilərdə fəaliyyətləri vandallıqdan, terrordan, dağıdıcılıqla məhv etməkdən ibarət olub.

Ermənilər bizim bu abidələrimizdən, eksponatlardan mümkün qədər özləri üçün yararlanıblar, istifadə ediblər, erməniləşdiriblər. Onlar digər xalqların tarixini məhv etməklə həmin tarixi erməniləşdirməklə məşğul olublar. Elə götürək, Azərbaycan ərazilərindəki xristian kilsələrini, qədim alban kilsələrini erməniləşdiriblər. Belə kilsələrə istər Kəlbəcərdə, istər Azərbaycanın qərb rayonlarındakıları misal göstərmək olar. Qərb rayonlarının dağətəyi, dağlıq ərazilərində xristianlıq geniş yayılmışdı, xristian kilsələri var idi. Gədəbəydə, Kəlbəcərdə, Tovuzda, eyni zamanda digər qərb rayonlarında çoxlu sayda xristian kilsələri var idi.

Eyni zamanda Azərbaycanın qədim yaşayış məskəni olmasını sübut edən abidələr - Azıx mağarasını, Dağlar mağarasını ermənilər xaricdən arxeoloqlar, etnoqraflar dəvət edib, mümkün qədər orada olan ekspanatları mənimsəyiblər, erməniləşdiriblər, mümkün olmayanını da dağıdıb, istismar ediblər, istifadə ediblər. Onların bütün fəaliyyətləri belədir!".

Təhməz Əsədov
Milli.Az