Siyasət

Ermənilər Xankəndində uşaq bağçalarını da minalayıblar

27 Noyabr 2020 10:02
Baxış: 1 998

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin istehkamçıları Xankəndindəki bütün orta məktəbləri minalardan təmizləyiblər.

Milli.Az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov "Rusiya-24" telekanalında canlı efirdə bildirdi.

Rus generalının sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı erməni qoşunları Xankəndindəki və digər yaşayış məntəqələrindəki bütün təhsil və uşaq müəssisələrini minalayıblar.

Qeyd edək ki, Azərbaycan mediası dəfələrlə erməni tərəfinin hərbi qərargahlarını və silah anbarlarını uşaq bağçaları və xəstəxanalar kimi mülki obyektlərdə yerləşdirdiyini yazıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.