"AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasət nəticəsində azad edildi" - Deputat
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 10 noyabrda imzalanmış bəyanat Azərbaycanın tam qələbəsi, Ermənistanın isə kapitulyasiyası demək idi. Bu bəyanata əsasən, bu gün Kəlbəcər rayonu Azərbaycana qaytarıldı.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Kəlbəcərin 1993-cü ildə erməni vandalları tərəfindən işğalı zamanı Azərbaycan daxilində siyasi vəziyyət gərgin idi:
"O zaman AXC hakimiyyətinin xəyanəti, ölkədə yaratdıqları qarşıdurma, anarxiya, xaos torpaqlarımızın işğalına gətirib çıxardı. O zaman AXC-nin qeyri-qanuni yolla hakimiyyəti zəbt etməsi, xalqımıza xəyanəti, xarici dairələrə xidmət etmək kimi amalları və öz ciblərini doldurmaq istiqamətində atdıqları addımlar erməni vandalları üçün səmərəli şərait yaratdı və onlar da bundan çox yaxşı istifadə etməklə torpaqlarımızı işğal etdilər.
Xalqımıza qarşı xəyanət yolu tutan səriştəsiz AXC hakimiyyətinin üzvlərinin, xüsusən də o zamankı dövlət katibi, parlament sədri, müdafiə naziri, daxili işlər nazirinin xalqın maraqlarına uyğun gəlməyən mövqe tutması, xəyanət etmələri torpaqlarımızın işğal altına düşməsinə səbəb oldu. Çünki onların xəyanəti, ölkədə yaratdıqları xaotik vəziyyət, qarşıdurma, eyni zamanda qohumbazlıqları, ətraflarındakı səriştəsiz, idarçilik qabiliyyəti olmayan insanları müxtəlif vəzifələrə gətirmələri nəticəsində ölkəmizin 20 faiz torpağı işğal altına düşdü, o cümlədən bu gün azad edilən Kəlbəcər rayonu da onların birbaşa xəyanəti nəticəsində işğal altına düşmüşdü.
Əlbəttə ki, 1993-cü ildə ulu öndər hakimiyyətə gəlməsəydi, Azərbaycan daha böyük bəlalarla üzləşə bilərdi və daha çox torpağımız erməni işğalı altına düşə bilərdi.
Bu gün çox sevinirik ki, ölkə Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun döyüş meydanında şücaəti, Prezidentimizin diplomatiya və informasiya müharibəsi sahəsində uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi və ərazi bütövlüyümüz təmin edildi. O zaman AXC-nin xəyanəti nəticəsində işğal edilmiş torpaqlarımız bu gün cənab Prezidentimizin apardığı düzgün siyasət nəticəsində azad edildi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Köhnə tikililərdə qiymət sirri: 9 mərtəbəli binalar 5 mərtəbəliləri nə ilə üstələyir? - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu





