Siyasət

Bayden Pompeonu onunla əvəzləyəcək

23 Noyabr 2020 11:12
Baxış: 1 006

ABŞ Prezident seçkilərində qalib olan Co Baydenin Dövlət katibi Mayk Pompeonun yerinə təyin edəcəyi şəxsin kimliyi müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Baydenin sözügedən posta Entoni Blinkeni gətirəcəyi bildirilir.

Bu barədə Qərb KİV orqanları məlumat yayıb. Bildirilib ki, ətrafını yeniləməyə başlayan yeni Prezident özünə xarici siyasətdə köməklik göstərən Entonini daim yanında görmək istəyir.

Qeyd edək ki, 58 yaşlı Blinken Barak Obamanın prezidentliyi dövründə Amerika dövlət katibinin müavini (2015-2017-ci illər), beynəlxalq təhlükəsizlik xidmətinin köməkçisi vəzifəsində çalışıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.