Siyasət

Rusiya Qarabağa hərbi mühəndislər göndərdi

22 Noyabr 2020 13:38
Baxış: 1 786

Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri Dağlıq Qarabağda sülhməramlı əməliyyatların keçirildiyi bölgəyə hərbi mühəndislər, texnika və avadanlıqların daşınmasını həyata keçirir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Moskva yaxınlığındakı Çkalovski aerodromundan İl-76 təyyarəsi havaya qalxıb.

Hərbi mühəndislər sülhməramlı əməliyyatın keçirildiyi rayonlarda ümumi istifadə olunan yolların və sosial infrastruktur obyektlərinin təmizlənməsində iştirak edəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.