Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri Dağlıq Qarabağda sülhməramlı əməliyyatların keçirildiyi bölgəyə hərbi mühəndislər, texnika və avadanlıqların daşınmasını həyata keçirir.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə Moskva yaxınlığındakı Çkalovski aerodromundan İl-76 təyyarəsi havaya qalxıb.
Hərbi mühəndislər sülhməramlı əməliyyatın keçirildiyi rayonlarda ümumi istifadə olunan yolların və sosial infrastruktur obyektlərinin təmizlənməsində iştirak edəcəklər.
Milli.Az