"Azərbaycan güclü və müstəqil dövlətdir, heç kim onunla təhdid dilində danışa bilməz"
Azərbaycan dövlətçilik tarixinin ən şanlı və qürurverici dövrlərindən birini yaşayır. Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edən ölkələrdəndir. Bu gün müstəqillik tarixi 50 və ya 100 il olan ölkələr var ki, hələ də dövlət və ordu quruculuğunu həyata keçirə bilməyiblər. Azərbaycan isə son 30 ildə böyük inkişaf yolu keçib, güclü ordu qurub.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycanın bu uğur və inkişafa əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilən siyasət nəticəsində nail olub:
"Məhz həmin dövrdən başlayaraq ölkəmizdə ordu quruculuğuna, iqtisadiyyatın inkişafına xüsusi önəm verildi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi.
Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir, heç kim onunla təhdid dilində danışa bilməz. Azərbaycan ikinci Qarabağ savaşında bunu bir daha sübut etdi. Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycanın həyata keçirdiyi əks-hücumu dayandırmaq istəyən dövlətlərin təzyiq və təhdid cəhdlərinin qarşısı qətiyyətlə alındı. Elə müharibənin ilk günlərində Azərbaycanı hədələmək istəyən ölkələrə Prezident İlham Əliyev tutarlı və qətiyyətli cavab verdi. Bütün təhdid və təxribatlara sinə gələrək ölkəmizin İkinci Qarabağ savaşında böyük uğurunu təmin etdi, düşmənə layiqli cavab verdi.
Bu gün Ermənistandan fərqli olaraq Azərbaycan uğurlu xarici siyasət həyata keçirir. Müxtəlif beynəlxalq qurumlarla, öz qonşuları ilə sıx əməkdaşlıq qurur, regional və beynəlxalq layihələri uğurla həyata keçirir".
Deputat qeyd edib ki, bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir: "Bütün sosial layihələr uğurla həyata keçirilir. Hamı Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Azərbaycanın möhtəşəm qələbəsində bu birlik böyük rol oynadı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)





