Binəli Yıldırım Prezident İlham Əliyevi təbrik edib
Türkiyə Respublikasının sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Cənab Ali Baş Komandan.
Zati-alinizin rəhbərliyi ilə qardaş Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün başlatdığı mübarizəni böyük fəxr və həyəcanla izlədik. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyiniz inamlı, qətiyyətli və cəsarətli mübarizənin Azərbaycanla yanaşı, türk xalqlarına da yeni coşqu və ümid gətirdiyini qeyd etmək istəyirəm. Böyük dövlət xadimi, mərhum Prezident Heydər Əliyevin hədəf və ideyaları Sizin liderliyinizdə reallaşıb. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı başa çatıb, Türkiyə-Azərbaycan birliyinin təməli daha da möhkəmlənib.
Əziz Qardaşım, "Bir millət, iki dövlət" şüarı ilə hərəkət edən Azərbaycan xalqına və Zati-alinizə olan mənəvi dəstəyimizi dünyaya göstərmək məqsədilə noyabrın 2-də ölkənizə səfərimiz zamanı yüksək qonaqpərvərliklə qarşılandıq. Məni və dostlarımı qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bununla yanaşı, görüşlərimizin Azərbaycan, Türkiyə və hətta beynəlxalq mediada geniş işıqlandırılması "Bir millətin iki diasporu olmaz" fikrinin bariz nümunəsi oldu.
Başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla, Anadoludakı türk qardaşlarınızın haqlı mübarizənizdə daim yanınızda olduğunu və bundan sonra da hər zaman olacağını bilməyinizi istəyirəm.
Siz Azərbaycan Ordusunun gücünü nümayiş etdirdiniz və işğalçı erməni ordusunu qarşınızda diz çökdürdünüz. Bununla da "Qarabağ Azərbaycandır!" ifadəsinin həqiqiliyini bütün dünyaya göstərdiniz.
Qələbəniz mübarək olsun! Allah Azərbaycanı və azərbaycanlı bacı-qardaşlarımızı qorusun!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
XƏBƏR LENTİ
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı - (Video)
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”





