"Türkiyə hərbiçilərinin Azərbaycana gəlişi əlamətdar hadisəyə çevriləcək" - Hərbi ekspert
"Azərbaycanla Türkiyə qardaş dövlətdirlər. Bəzən müttəfiq, strateji müttəfiq və digər fikirlər səslənir, amma biz Türkiyə ilə qardaş dövlətik".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Ekspert bildirib ki, Türkiyə hərbiçiləri sabah regionda hansısa bir arzuedilməz proses baş verərsə Azərbaycana dəstək olacaq:
"Cəmiyyətimizdə də böyük əksəriyyət Türkiyə hərbçilərinin Azərbaycana gəlməsini istəyir və bu məsələdə Azərbaycanla birgə yaxından həm masada, həm sahada istirak etsin. Türkiyə də bu proseslərdə 30 ildir ki, ən yüksək səviyyədə birmənalı olaraq Azərbaycanın haqq işini müdafiə edir, Ermənistanla sərhəddlərini açmır və Azərbaycana dəstək verir. Rusiya prezidenti də dedi ki, bu Azərbaycanın haqqıdır, Türkiyəylə Azərbaycan müttəfiq dövlətdirlər və Türkiyə hər məsələdə Azərbaycanı dəstəkləyir, bu məsələdə də Azərbaycan müstəqil addım atır.
Türkiyə hərbiçilərinin Azərbaycana gəlməsi cəmiyyətimizin böyük bir hissəsində bir rahatlıq yaradır ki, sabah işğaldan azad edilən torpaqlarımızda sülhün və əminamanlığın qorunması baxımından, həm də ki, hansısa bir arzuedilməz proses baş verərsə Azərbaycana dəstək olacaq. Türkiyə dövlətinin Silahlı Qüvvələrinin bölgədə olması Azərbaycanın milli maraqlarına tam uyğundur".
E.Həsənli qeyd edib ki, Türkiyə Cənubi Qafqazın üç respublikası ilə sərhəddi olan yeganə ölkədir:
"Hesab edirəm ki, burada dördlü görüşmələr - Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan, eyni zamanda bölgədə sülh yaratmaq prosesində Rusiya ilə Türkiyənin birgə addım atması regionda məsələnin bütünlüklə həllinə gətirib çıxaracaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, BMT qətnamələri yerinə yetiriləcək. Bu, o baxımdan çox önəmlidir. Türkiyə dünyanın bir çox yerində sülh yaratma proseslərində yaxından iştirak edir. Dünyanın 15 ölkəsində, Avropa, Asiya və Afrika qitələrində hərbiçiləri var. Türkiyə Azərbaycanla da bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıq edir. Bu, region üçün çox əlamətdar bir hadisəyə çevriləcək, Azərbaycanla Türkiyənin münasibətləri daha da genişlənəcək.
Cənubi Qafqazın üç respublikası - Azərbaycan, Gürcüstan, Ermənistanla yeganə Türkiyə dövlətidir ki, sərhəddi var. Türkiyə hər üç ölkə ilə sərhəddir. 1921-ci ildə bağlanmış Qars müqaviləsində də bu respublikaların yaranmasının təşkilində, tanınmasında Türkiyənin rolu olub. Ona görə də bütün mənalarda, hətta bir çox dövlətlərdən də ən doğal haqq Türkiyənindir ki, Türkiyənin bu dövlətlərlə birbaşa sərhəddləri var, tarixi əlaqələri var. Ona görə də hesab edirəm ki, Türkiyənin burada olması təbiidir, hər kəs bunu anlayışla qəbul etməlidir və Türkiyə hərbiçilərinin Azərbaycana gəlməsi regiona sülh gətirəcək".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsiilə tanış olub - (Foto)
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov





