Ermənilərə yardım etmək üçün Fransanın YENİ PLANI - FOTO
Özünü demokratiyanın beşiyi adlandıran Fransa imicini təhrif etməklə məşğuldur. Ermənistanın ard-arda böyük miqyasda təxribatlarından sonra müharibənin başladığı 27 sentyabr tarixindən üzü bu yana əsl simasını göstərən dünyanın insan hüquqları ilə əlaqədar ən son aktların qəbul edildiyi Fransa imicinə ciddi zərbə vurmaqla yanaşı, ona olan etimadı da xərcləməklə məşğuldur. Bu günlərdə Fransa beynəlxalq hüququ tanımadığını əməli fəaliyyəti ilə sübut edir.

30 ilə yaxındır ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin nizamlanması istiqamətində heç nə ilə yadda qalan Fransa, davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilməklə yanaşı həmsədr ölkə kimi mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək də verdi. Bunun da səbəbi kimi şəxsən prezident Emanuel Makronun işğalçı ölkənin lobbisinin ciddi təsiri altında olmasını qeyd etmək olar. Bütün bu söylədiklərimiz onu göstərir ki, Fransanın hazırki rəhbərliyinin məqsədi erməniləri özlərindən küsdürməmək və onların dəstəyini əldə etmək üçün düşünülmüş oyundur. Amma Makron unudur ki, ABŞ-da prezident seçkisi öncəsi Donald Trampın da erməni lobbisinin dəstəyini almaq üçün etdiyi açıqlamalara baxmayaraq satıldı.

Yaxın günlərdə Paris meriyasının qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa hazırlaşması planının da məhz Emmanuel Makronun təşəbbüsü olduğu şübhə doğurmur. Beynəlxalq hüququn və BMT qətnamalərinin icra edilməsində Azərbaycan Ordusunun qarşısını almaqda aciz qalan Fransa görünür, 10 noyabr sənədlərinə əsasən Ermənistanın kapitulyasiyasının rəsmiləşməsindən sonra Qarabağ ermənilərinə yardım etmək üçün son çıxış yolunu belə provokativ addımda görür.
Xülya ilə yaşayan Ermənistanın ən böyük lobbi dairələrinin Amerika, Fransa və Rusiyada yerləşdiyini nəzərə alsaq 30 il ərzində Azərbaycana qarşı hansı oyunların getdiyini anlamaq çətin deyil. Xalqına "sırıdığı" yalanların ömrü 44 gün olan Ermənistan baş naziri Nikol Paşinyan da həmsədrlərin fəaliyyətsizliyini son çıxışında "Danışıqları uzadıb vaxt qazanmaq istəyirdik" sözləri ilə üstüörtülü şəkildə etiraf etdi.

Ermənistandan istifadə edərək Azərbaycana qarşı təcavüz siyasəti aparan sözügedən ölkələr həmçinin, bu siyasəti hazırda Türkiyəyə qarşı aparırlar. Lakin bu dövlətlər unudur ki, qorxunun əcələ faydası yoxdur. Bu gün nə Azərbaycan 1990-cı illərin Azərbaycanıdır, nə də Türkiyə 10 il əvvəlin Türkiyəsi, dünya dəyişdi. İşğalçı Ermənistanı kimin dəstəkləməsindən aslı olmayaraq, biz artıq öz ərazi bütövlüyümüzü bərpa etdik, Qarabağ Azərbaycandır!
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko





