Fransız deputat həmkarlarını Dağlıq Qarabağla bağlı səsləndirdikləri fikirlərdə ehtiyatlı olmağa çağırıb
Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair çağırış Fransa tərəfindən qəbul edilmiş beynəlxalq və ikitərəfli öhdəliklərə ziddir və buna görə də beynəlxalq hüquqa hörmətlə yanaşanlar tərəfindən qəbul edilə bilməz. Fransa üzərinə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı öhdəlik götürüb və hər hansı yeni diplomatik mövqe Dnestryanı (Moldova) və ya Şimali Osetiya (Gürcüstan) kimi bir çox separatçı ərazilərin tanınmasına yol açaraq, ölkəmizin beynəlxalq öhdəliklərinə yenidən dönüşünü doğurur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirlər fransız deputat Jerom Lamberin Sosialist Partiyasından olan həmkarlarının Dağlıq Qarabağla bağlı fikirlərinə etiraz olaraq ünvanladığı məktubda yer alıb.
Məktubda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağlıq Qarabğla bağlı məcburi kompasımız olaraq qalmalıdır. Üstəlik bu, son onilliklər boyunca fransız diplomatiyasının dəyişməz mövqeyi olub.
Fransa Sosialist Partiyasının Milli Bürosunda Dağlıq Qarabağda vəziyyətlə bağlı mətnə etiraz edən Jerom Lamber fransız siyasətçilərini bir qrup ifratçı erməninin diktəsi ilə oturub-durmamağa, hər hansı bir qərara qəbul edərkən diqqətli olmağa və onun nəticələri haqqında düşünməyə səsləyib. O, eyni zamanda, həmkarlarının Dağlıq Qarabağla bağlı səsləndirikləri fikirlərin Fransanın qəbul etdiyi beynəlxalq və ikitərəfli öhdəliklərə tamamilə zidd olduğunu, eləcə də beynəlxalq hüququn bir neçə prinsipini, xüsusilə sərhədlərin toxunulmazlığı prinsipini pozduğunu diqqətə çatdırıb.
Fransız deputat xatırladıb ki, BMT Dağlıq Qarabağ, eləcə də Ermənistanın 1993-cü ildən işğal etdiyi digər ərazilər də daxil olmaqla, bütün bu torpaqlar üzərində Azərbaycan Respublikasının suverenliyini tanıyıb. Jerom Lamber 1993-cü ilin dekabrında Fransa və Azərbaycan arasında imzalanmış dostluq, anlaşma və əməkdaşlıq müqaviləsinin məğzini də xatırladaraq, bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağlıq Qarabağla bağlı məcburi kompas olaraq qalmalıdır.
O, həmçinin diqqətə çatdırıb ki, Fransa beynəlxalq səviyyədə götürdüyü öhdəliklərə əməl etməli və hətta nüfuzlu erməni mənşəli fransız icmasının təzyiqləri altında olsa da, medianı təhdid etməməli, müvafiq qurumlara, eləcə də seçilmiş məmurlara təzyiq göstərməməlidir.
"Ailə üzvlərimə ölüm hədələri də daxil olmaqla, minlərlə təhqir və təhdid mesajları alıram. Bütün bu təhqir və hədələr mənə Fransa diplomatiyasının mövqeyini xatırlatmaqdan çəkindirmək üçün ünvanlanır", - deyə J. Lamber yazıb. Vurğulayıb ki, bəzilərinin seçki dairələrində erməni icması ilə əlaqələrini bilsək də, Sosialist Partiyası beynəlxalq hüquqa məhəl qoymadan daim millətçi çıxışlar edən ermənilər tərəfindən ələ keçirilməməlidir.
"Dünyanın bu bölgəsində və digər bölgələrində Fransanın layiqli diplomatik mövqe tutmasını istəyiriksə, əslində çox ifratçı erməni qrupunun diktə etdiyi nöqteyi-nəzərləri qəbul etməməli və buna diqqət yetirməliyik. Əgər atəşkəs istəmiriksə, onun yerinə nə istəyirik?! Əbədi müharibəmi?", - deyə J. Lamber həmkarlarına səslənib və onları beynəlxalq hüquq çərçivəsində regiondakı insanlar üçün sülh və firavanlığı təmin etməyə çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
XƏBƏR LENTİ
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib





