Siyasət

Qarabağda bu günə qədər 2425 erməni əsgərinin öldüyü təsdiqləndi

18 Noyabr 2020 20:30
Baxış: 2 067

Sentyabrın 27-dən bu günə qədər Qarabağ müharibəsində 2425 erməni əsgərinin öldüyü təsdiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlardır.

"Dünən axşam etibarilə bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib" - deyə, o qeyd edib.

Qeyd edək ki, Ermənistan hökuməti Qarabağ müharibəsindəki real itkilərini məqsədyönlü şəkildə gizlədir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.