Siyasət

Erməni mediasında yaşayış məntəqələrimizə atılan "Smerç" raketlərin görüntüləri yayılıb - VİDEO

18 Noyabr 2020 11:50
Baxış: 2 716

Müharibə zamanı Ermənistan ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə "Smerç" raketlərinin buraxılmasının videosu yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, erməni mediasında yayılan görüntülərdə raketlərin buraxılma anı əks olunub.

Qeyd edək ki, həmin raket zərbələri nəticəsində Azərbaycanda ümumilikdə 94 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb. Bundan başqa, 512 mülki obyekt, 120 çoxmərtəbəli yaşayış binası və 3410 yaşayış evi yararsız hala düşüb.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.