Siyasət

Rusiya Türkiyənin Azərbaycana əsgər göndərməsinə münasibət bildirib

16 Noyabr 2020 14:31
Baxış: 8 553

Türkiyə Prezidentinin Azərbaycana türk əsgərlərinin göndərilməsi barədə fərmanı Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzinin işinin təmin olunmasına aiddir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Azərbaycanın ərazisində fəaliyyət göstərəcək mərkəzə türk hərbçilərini göndərmək lazımdır:

"Bu, Türkiyə qanunvericiliyi ilə nəzərdə tutulmuş daxili prosedurun icra olunması deməkdir və Türkiyənin daxili işidir. Amma Azərbaycan ərazisindəki birgə monitorinq mərkəzinin yaradılması isə Rusiya ilə Türkiyə arasında ikitərəfli razılaşmanın nəticəsidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.