Siyasət

Düşmən əcnəbi muzdluları qabağa verir, onların meyitinə sahib çıxmır - Anar Eyvazov

6 Noyabr 2020 18:39
Baxış: 1 651

Ötən sutka ərzində Ağdərə istiqamətində xeyli itki verən düşmən bu itkilərin yerini doldura bilmir, bölmələrin idarə olunmasında problem var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin 30 il ərzində tikdiyi istehkamları yarır və hədəfə yaxınlaşır: "Əks-hücum şəraitində ordumuzun qarşısında duran vəzifə işğal olunmuş torpaqlarımızı azad etməkdir. Ordumuzun qarşısında tək düşmən deyil, əcnəbi muzdlular da var. Bu döyüşçülər, əsasən, erməni əsilli əcnəbi döyüşçülərdir. Düşmən bu əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır. Pərakəndə şəkildə fəaliyyət göstərən bu qruplaşmaların döyüşə girməkdən imtina etməsi barədə məlumatlar var. Əcnəbi döyüşçülər də düşmənin tələsinə düşdüyünü dərk etməli və silahı yerə qoymalıdır. Bu gün Azərbaycan əsgəri döyüşdə zəfər qazanır. Qələbə biziməldir!".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.