Siyasət

Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır - Səfir

6 Noyabr 2020 17:32
Baxış: 562

Çex Respublikası Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Səfir bildirib ki, Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır. Səfir deyib ki, onun təmsil etdiyi ölkə Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda münasibətlərin dərinləşməsində maraqlıdır. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə əlaqələrimizin inkişafı xalqlarımızın rifahına xidmət edir.

Səfir Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izlədiklərini dilə gətirərək, Dağlıq Qarabağ probleminin tezliklə aradan qalxacağına inamını ifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.