Siyasət

"Dağlıq Qarabağ məsələsində ikili standartlar ola bilməz" - Türkiyə XİN

4 Noyabr 2020 17:47
Baxış: 947

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasının Nazirlər Komitəsini Azərbaycanın əraz bütüvlüyünü qeyd-şərtsiz müdafiə etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazir bildirib ki, bu məsələdə ikili standartlar ola bilməz:

"Biz Gürcüstan və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü necə dəstəkləyiriksə, Azərbaycanın da hüquqlarını bu cür müdafiə etməliyik".

Onun sözlərinə görə, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində BMT Təhlükəsizlik Şurası, ATƏT və AŞ PA-nın qərar və qətnamələrinə uyğun olaraq nəzarət bərpa etmək istəyir:

"Ermənistan işğalı dayandırmalı və dinc sakinlərə bilərəkdən hücumlarına, atəşkəs rejiminin daim pozduğuna görə məsuliyyət daşımalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.