Siyasət

Babək qəsəbəsinə şəhər statusu verildi

29 Oktyabr 2020 18:13
Baxış: 1 578

Prezident İlham Əliyev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alınır:

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın "Babək rayonu" bölməsində aşağıdakı dəyişikliklər edilsin:

59.3-cü sətirdə "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Babək qəsəbəsi" sözləri "Babək şəhəri" sözləri ilə əvəz edilsin.

59.4-cü sətirdə "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Cəhri kəndi" sözləri "Cəhri qəsəbəsi" sözləri ilə əvəz edilsin.

59.17-ci sətirdə "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Nehrəm kəndi" sözləri "Nehrəm qəsəbəsi" sözləri ilə əvəz edilsin.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.