Siyasət

İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat

28 Oktyabr 2020 18:07
Baxış: 1 385

İran öz ərazilərini işğaldan azad etmək istəyən Azərbaycanın milyonlarla müsəlmanına hərtərəfli və səmimi şəkildə dəstək verməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin deputatı Mahmud Abbaszadə Meşkini parlamentin bugünkü iclasında deyib. Onun sözlərinə görə, İran bir sıra fərqli mövqelərə görə, hakimiyyətin dərin strategiyasını düzgün şəkildə yerinə yetirməlidir.

Abbaszadə Meşkini əlavə edib ki, bu məsələdə İranın qeyrətli xalqı, xüsusilə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və digər vilayətlərdəki əhalinin emosiyaları və tələbləri nəzərə alınmalıdır.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.