Siyasət

Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi

28 Oktyabr 2020 17:47
Baxış: 789

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistanın bu gün Bərdədə mülki insanlara qarşı törədiyi terror əməlini pisləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfir bu barədə öz "Twitter" səhifəsində yazıb.

Səfir bildirib ki, Ermənistanın bu əməli pislənməlidir: "Bu gün Azərbaycanın Bərdə şəhərində çoxsaylı insan tələfatı ilə bağlı üzücü xəbər aldıq. Beynəlxalq səviyyədə qadağan olunmuş silahdan mülki əhaliyə qarşı istifadə qəbuledilməzdir və bu əməl birmənalə şəkildə pislənməlidir. Möhkəm dayan Azərbaycan!".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.