“New-York Times” Qarabağdakı döyüşlərdən yazdı - FOTO
Nüfuzlu "New-York Times" qəzetində jurnalist Şarlotta Qallın İkinci Qarabağ Müharibəsi ilə bağlı məqaləsi yayımlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, jurnalist məqalədə müharibənin kökündə duran səbəblər və hadisələrin gedişatı ilə bağlı təfərrüatlara aydınlıq gətirib. Ermənistan tərəfinin təxribatçı və destruktiv siyasəti müharibəyə aparan əsas amil kimi qeyd olunub.
Bildirilib ki, illər boyu Azərbaycan və Ermənistan liderləri gərginliyi artırmamaq üçün mübahisəli Dağlıq Qarabağ ərazisinin statusu ilə bağlı müzakirələri təxirə salmaq barədə razılığa gəlmişdilər. Ancaq bu ilin yazında Ermənistanın populist baş nazirinin ərazini mübahisəsiz olaraq Ermənistana aid etməsi ilə vəziyyət anidən dəyişib.
1990-cı illərdə Ermənistan işğalı nəticəsində ərazilərini itirən azərbaycanlılarda erməni baş nazir Nikol Paşinyanın çıxışları hədsiz qəzəb doğurmuşdu. Vəziyyəti daha da kəskinləşdirən isə bu çıxışın azərbaycanlıların mədəni paytaxt kimi qəbul etdiyi, lakin işğal nəticəsində itirilən Şuşa şəhərində edilməsi oldu.
"Danışıqlar prosesinin tabutundakı son mismar Paşinyanın "Qarabağ Ermənistandır" söyləməsi oldu",- deyə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Yazıda o da vurğulanıb ki, iki ölkə bir ay əvvəl hərtərəfli müharibəyə qayıdıb və Azərbaycan 28 il əvvəl erməni işğalı nəticəsində itirilən və 800 min azərbaycanlının didərgin salındığı torpaqları geri götürməkdə qərarlıdır.

73 yaşlı Səriyyə Məhərrəmova, atəşlərin şiddətli olduğu Tərtər şəhərində digər dörd nəfərlə birgə qaldığı yeraltı bunkerdə

Cəbhə xəttinin yaxınlığında yerləşən Tərtər rayonu bu illər ərzində dəfələrlə atəşə məruz qalıb
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə və əvvəlki danışıqlarda razılaşdırılmış təməl prinsiplərə riayət olunaraq erməni qüvvələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə çəkilməsini tələb edir. Bu şərtlər 10 il əvvəl razılaşdırılsa da, heç vaxt icra olunmayıb.
Hikmət Hacıyevin sözlərinə görə, 2018-ci ildə Paşinyan hakimiyyətə gələn zaman Azərbaycan danışıqlarda müsbət inkişafa ümid edirdi. İlk görüşlərdə Paşinyan cənab Əliyevdən ona vaxt verməsini xahiş etmiş və Dağlıq Qarabağla bağlı yeni bir siyasət yürüdəcəyinə söz vermişdi.

Azərbaycanın Bərdə şəhərində bir məktəb döyüşlər nəticəsində didərgin düşmüş insanlar üçün sığınacağa çevrilib

Məktəb cəbhəyə yaxın yerləşən Ağdam və Tərtər şəhərlərində insanlara sığınacaq verib
Ancaq bu baş vermədi. Analitiklərin fikrinə görə, Paşinyan və Ermənistanın Müdafiə nazirinin Şuşanı qondarma rejimin paytaxtı etmək və parlamenti oraya köçürməklə bağlı populist açıqlamaları gərginliyin artmasına səbəb olub.
Erməni əsilli ABŞ tarixçisi Jirayr Liparityan "Mümkün olanlara diqqət ayırmaq əvəzinə xəyallarımıza qapıldıq", - deyə sentyabr ayında yazdığı bir yazıda etiraf edib.
Müstəqil analitiklər Azərbaycanı müharibənin əsas aparıcı gücü kimi görsələr də, müharibənin başlanmasına səbəb kimi Paşinyanın populist çıxışlarının və Ermənistanın təxribatçı siyasətinin əsas rol oynadığını bildirirlər.
Məqalədə qeyd edilib ki, sentyabrın 26-da Azərbaycanın mülki yaşayış məntəqələrinin davamlı artilleriya atəşinə məruz qalması həlledici rol oynayıb və Azərbaycanı əks-hücum əməliyyatlarına başlamasına məcbur edib.
Atəşkəs xəttindən cəmi 500 metr aralıda, Tərtərdə yaşayan 59 yaşlı Gülbəniz Bədəlova "Hər zaman atəş səsləri eşidirik, amma bu, tamamilə fərqli idi. Davamlı olaraq atəş etməyə başladılar və hamımız qorxduq", - dedi.
Azərbaycanın mülki əhalisini müdafiə etdiyini bildirən Hikmət Hacıyev "Dinc insanlara hücum etməyə başladılar və əks- hücum əməliyyatı aparmaq məcburiyyətindəyik", - deyə qeyd edib.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə raket zərbəsi nəticəsində zərər görən bir ev
Məqalədə, həmçinin vurğulanıb ki, Azərbaycan qoşunları artıq İranla sərhəd boyu yerləşən 4 rayonun bir hissəsini geri alıb və Ermənistan üçün kritik əhəmiyyətə sahib Laçın dəhlizinə çox yaxın məsafəyə yaxınlaşıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video
-
Serbiyada növbədənkənar seçkilərin tarixi açıqlandı
-
Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”





