Siyasət

"Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb" - Hikmət Hacıyev

27 Oktyabr 2020 11:24
Baxış: 1 738

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Daily Sabah" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində PKK düşərgələri var, Ermənistanın istifadə etdiyi taktika isə qoşunların tərkibində PKK terrorçularının olduğunu göstərir:

"Bölgədə tunellərin qazılması, atəş sistemləri, bütün bunlar PKK-ya xasdır. Azərbaycan hərəkət, taktik və xarakterik xarici görünüş baxımından Ermənistan qoşunlarının ilk sıralarında PKK-nın mövcudluğunu müəyyən edib".

H.Hacıyev əlavə edib ki, PKK-nı terror təşkilatı hesab etməyən bütün ölkələr bəşəriyyətə qarşı cinayətlərə öz töhfəsini verir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.