"Bəyanatın mətninə humanitar yox, birbaşa atəşkəs ifadəsi salmağa çalışırdılar"
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı, əslində, humanitar atəşkəsdən daha çox işğalçı Ermənistanı xilas etməyə yönəlib.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, hazırda müzəffər Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad edir, qəhrəmanlıq göstərir, şəhid olur və bununla bir daha bütün dünyaya göstərir ki, bir qarış torpağımızı da işğal altında qoymayacaq:
"Bu xalqımızın haqlı davasıdır, beynəlxalq hüqula təsbit edilmiş haqqıdır, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icra olunmasıdır. Haqqın, ədalətin bərbasıdır. Ədalət olmasa əsla sülh olmaz. Belə bir vaxtda Azərbaycana qarşı ən müxtəlif səviyyələrdə təzyiqlərin olması, beynəlxalaq təşkilatların, ayrı-ayrı dövlətlərin xüsusilə ATƏT-in Minsk Qrupunun dərhal atəşkəsə nail olmağa çalışmaı tərəf tutmaq deməkdir.
Minsk qrupunun missiyası ATƏT-in ona verdiyi mandata uyğun olaraq tərəfsiz olmaq və problemi sülh yolu ilə həll etməkdən ibarətdir. Ancaq bu missiyanı 28 ildir ki, yerinə yetirə bilməyən qurum indi nəinki problemin həllinə kömək etmir, tam əksinə, onun həll olunmamış qalması üçün yeni hüquqi baza yaratmağa çalışır. Əks təqdirdə ATƏT-in Minsk Qrupunun həmsədri olan üç ölkənin eyni zamanda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü kimi bu qurumun 1993-cü iləd qəbul etdiyi qətnaməni heçə sayamaq onu yenisi ilə əvəz etmək cəhdlərini necə başa düşmək olar.
TŞ-ının qəbul etmək istədiyi yeni qətnamədə işğalçı Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri yox etmək cəhdləri bunun əvəzinə yeni qərar qəbul emək niyəti birbaşa işğalçıya və işğala bəraət qazandırmaqdır. Bu həm də 30 ildə problemin nə üçün həll edilmədiyini izah edən ən yaxşı siyasi arqumentdir. Deməli problemin həll olunmamış qalması həm də Minsk qrupunun məqsədli fəaliyyətinin nəticəsidir, onlar bunu sadəcə olaraq həll etmək istəməyiblər. İndi isə atəşkəs əldə etmək istəyirlər.
Axı sentyabr ayından indiydək Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu. Üstəlik dinc əhalini gecə saatlarnda ballestik raketlərdən atəşə tutmaqla. İndi Minsq Qrupunun həmsədriləri bu barbarlığı, hərbi cinayəti, terroru görməyiblərmiş kimi yenə də atəşkəs istəyirlər, Azərbaycana təzyiq edirlər. Üstəlik 25 oktyabr bəyanatının mətninə humanitar atəşkəs yox birbaşa atəşkəs ifadəsi salmağa çalışırlar. Biz acı təcrübəmizdən bilirik ki, belə atəşkəs işğalçı Ermənistanı gücləndirmək, döyüş meydanında ona üstünlük yaratmaqla Azərbaycana təzyiqi artırmaq cəhdləridir. Ona görə də xarici siyasət idarəmizin, diplomatiyamızın 25 oktyabr bəyanatına məhz hümanitar atəşkəs ifadsinin salınmasına nail olması olduqca vacib idi və belə də oldu.
Həmsədrlər təzyiqi də təsiri də işğalçı Ermənistana, humanitar atəşkəsi hərbi-hücüm taktikasına çevirən işğalçıya etməlidirlər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, heç bir iradə bir xalqın milli iradəsindən üstün ola bilməz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
XƏBƏR LENTİ
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
"Formula-1": Azərbaycan Qran-prisində sıralama turu başladı
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Bakıda anbarda güclü yanğın başladı





