Ruhun şad olsun, qəhrəman, torpağın düşməndən azad edildi...
Ötən gün Prezident İlham Əliyev rəsmi Tvitter hesabında Qubadlı ilə bağlı müjdəli xəbəri xalqa çatdırıb. O bildirib ki, Qubadlı şəhəri işğaldan azad edilib. Bu xəbərə sevinən qubadlı sakinləri müxtəlif şəhərlərdə, xüsusən də Sumqayıt ərazisində atəşfəşanlıq edərək qələbəni qeyd ediblər.
Qubadlı şəhərinin işğaldan azad olunması hər bir azərbaycanlını, qubadlı sakinini sevindirir, amma bir nəfər var idi ki, yaşasaydı, bu xəbərə ən çox o sevinərdi. Söhbət Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevdən gedir.

Əliyer Əliyev 1957-ci ildə Qubadlıda doğulub, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kənd məktəblərinin birində idman müəllimi işləyən Əliyar Əliyev Qarabağ döyüşləri zamanı könüllü olaraq orduya yazılıb, könüllülərdən ibarət dəstə təşkil edib. Onun təşkil etdiyi birlik camaat arasında "Pəhləvanlar taboru" kimi da tanınırdı.
Düşmənin bir sıra mövqelərini ələ keçirərkən fərqlənən Əliyar Əliyev Laçın istiqamətində döyüşlərə rəhbərlik edib. Xocalı soyqrımından bir neçə gün sonra onun rəhbərlik etdiyi alayın topçuları əmr gözləmədən Gorusun "altını üstünə çevirib" düşmənin 332 hərbçisini öldürüblər. Hətta bununla bağlı Ermənistanda üç gün matəm elan edilib, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılıb.
1992-ci ilin iyun ayında Qubadlı rayon mərkəzini bombalamağa qalxan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olub. O, könüllü dəstələri ilə birlikdə Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edib.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar.
Hazırda Əliyar Əliyevin tələbələrindən biri general-mayor Mais Bərxudarov cənub cəbhəsindəki döyüşləri idarə edir və Füzuli, Cəbrayıl, Zəngilanın azad edilməsində xüsusi əməyi var. O, çıxışlarının birində Milli Qəhrəman Əliyar Əliyevə söz verdiyini, qəhrəmanın hədiyyə etdiyi bayrağı onun şəhid olduğu yerdə sancacağını açıqlayıb.
Dünən Əliyar Əliyevin doğulduğu Qubadlı torpağı düşməndən azad olunub, bayrağımız sancılıb. Ən qısa zamanda onun şəhid olduğu "Tikanlı zəmi" yüksəkliyi də işğaldan azad eiləcək, bayrağımız dalğalanacaq. Və üzərinə qələbə sözü yazılmış bu bayrağı onun tələbəsi, general-mayor Mais Bərxudarov sancmağı planlayır.
Qarabağ uğrunda döyüşlərin hər biri tarixdir, qəhrəmanlıq nümunəsidir. Amma 4 günə 40 kəndi azad edən Milli Qəhrəmanın tələbəsinin ona verdiyi sözü 28 il sonra həyata keçirə bilməsi hələ uzun illər yaddaşlardan silinməyəcək.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi





