Siyasət

Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv etdi

25 Oktyabr 2020 18:11
Baxış: 3 437

Azərbaycan ordusu Qarşı hücum əməliyyatı zamanı əks-həmlə əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin daha bir yüksək rütbəli hərbçisini məhv edib.

Milli.Az bildirir ki, Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, məhv edilən şəxs - 1978-ci ildə Gürcüstanın Cavaxeti regionunun Ninotsmindsk rayonunun Orocalar kəndində anadan olan polkovnik-leytenant Aşot Çobanyandır.

Məlumata əsasən, A.Çobanyan 22 il Ermənistan ordusunda xidmət edib. O oktyabrın 15-i Azərbaycan ordusu tərəfindən məhv edilib.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.