Siyasət

"Türkiyə münaqişədə qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır" - İlker Başbuğ

23 Oktyabr 2020 14:01
Baxış: 1 020

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qonşuluqdan daha çox iki qardaş münasibətidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlker Başbuğ deyib.

O bildirib ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsində qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır:

"Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlar öz torpaqlarının azad edilməsi məqsədi daşıyır. Beynəlxalq hüquq baxımından da bu, haqlı əməliyyatdır. Bundan başqa, unutmaq olmaz ki, 1991-ci ildə başlayan işğal müddətində 20 min azərbaycanlı şəhid olub, mülki şəxslərə yönəlmiş hücumlər nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan qaçqın və məcburi köçkünlərin sayı 1 milyonu ötüb. Türkiyənin bu müharibədə qeyd-şərtsiz Azərbaycanın yanında olmasından təbii bir şey yoxdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.