"Azərbaycanın özünümüdafiə və əks-hücuma keçmək hüququ var" - Politoloq
Əgər Azərbaycana hücum olunursa, beynəlxalq qanunlara uyğun olaraq Azərbaycanın həm özünü müdafiə etmək, həm də əks-hücuma keçmək hüququ var.
Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.
C.Əhmədli bildirib ki, Azərbaycan 1992-ci ildə BMT-yə işğal edilmiş ərazilərlə birlikdə daxil olub: "Yəni Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın əraziləri kimi BMT-də təsbit olunub.
BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər bir dövlətin özünü müdafiə hüququ var və hər bir dövlət özünü müdafiəni ya fərdi, ya da kollektiv şəkildə həyata keçirə bilər. Azərbaycan bu gün fərdi şəkildə özünü müdafiə edir və torpaqlarını işğaldan azad edir. Bu, fərdi müdafiə hüququnun icra olunmasıdır.
BMT nizamnaməsi Azərbaycana belə bir hüququ verir və Azərbaycan öz suverenliyini bərpa etmək və ərazilərini işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Heç bir beynəlxalq təşkilat, heç bir dövlət Azərbaycanın bu haqq işinə qarşı çıxa bilməz. Çünki Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bu əks-hücum əməliyyatlarını aparır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Akın Akınözü serial üçün imicini dəyişdi (Foto)
-
Petr Çex: DÇ-2026-nın qalibi bu ölkə olacaq
-
Nəzakət Teymurova ilə istirahətə yollandılar (Foto)
-
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır (Foto)
-
Gəncədə fərdi ev yandı - Xəsarət alan var (Foto)
-
Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq öldü
-
Gəmi kapitanının nəşi ölkəyə gətirilir - XİN
-
Bir vaxtlar çimizdirdiyi körpə indi Messinin rəqibidir (Foto)
-
Qusarda "Media Kuboku - 2026" minifutbol turniri start götürüb (Foto)
-
Dəhşətli yanğın onların da villasına çatdı
-
"Atletiko"dan Alvares transferi ilə bağlı "Barselona"ya sərt cavab
-
Zərdabda ağır qəza - Xəsarət alanlar var
-
"Bu halda yaxşı evdə yaşamırsansa, axmaq adamsan"
-
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
-
Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı?
-
Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"
-
Trampın çıxışlarını mərcə qoyub sərvət qazanırmış...
-
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi" - (Foto)
-
80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)
-
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərləndi, 21-i uşaqdır
-
Məzunlar 10 günə ala biləcəklər
-
Polis əməliyyatlar keçirdi: 50 nəfər saxlanılıb
-
Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)
-
"Həddindən artıq dərs oxumaq düzgün deyil" - Maksimum bal toplayan Paşa





