Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
Bu gün Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-dən başlayaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızın işğaldan azad olunmasını həyata keçirir. Son 100 ildə ilk dəfədir ki, öz torpaqlarımızın geri qaytarılmasını təmin edirik. Xalq çox möhtəşəm şəkildə cənab Prezidentin ətrafında birləşib və bir yumruq kimi təkcə vəhşi ermənilərə deyil, dövlətimizin müstəqiliyini gözü götürməyən və daim milli maraqlarımıza qarşı fəaliyyət göstərən qüvvələrə qarşı da mübarizə aparırıq.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, belə bir vəziyyətdə əlbəttə beşinci kalonun nümayəndlərinin işə salınması gözlənilən idi: "Axı, sapı bizdən olan bu baltaları, xainləri maliyyələşdirən xarici qurumlardır, bunlara "Sorosun çocuqalrı" deyilir. Azərbaycanın apardığı haqq savaşına qarşı çıxanlar "Meydan TV", Xədicə İsmayıl, Qiyas və xaricdə olan bəlli şəbəkə konret tapşırıq əsasında fəaliyyətə başlayıblar. Ermənilərin xeyrinə fəaliyyət aparırlar. Şanlı ordumuzun zəfər qələbəsini hər gün cənab Prezident bütün dünyaya bəyan edir.
24 gün ərzində 130 qəsəbə və kəndimiz işğaldan azad edilib. Erməni hərbi birləşmələrinə 5 milyard dollardan çox ziyan vurmuşuq. Minlərlə erməni əsgərini məhv etmişik. Bu cür irəliləməyə kölgə salmaq üçün bu qüvvələrin sosial şəbəklərdə, öz mətbuat orqanlarında yaydığı məlumatlar eyni mərkəzdən, erməni diasporasının, lobbiçilərinin hazırladığı tezislər əsasında həyata keçirilir.
Bir neçə gün əvvəl ermənilərin müharibənin dayandırılması çağrışına bizim bir neçə satqın soydaşlarımıza da imza atdırdılar. Və bunu əllərində "əsas" tutaraq, dünya mediasında yaydılar. Vətən müharibəsi gedən ölkədə düşmənin hər hansı bir müraciətinə imza atmaq nə deməkdir? Xain adından başqa nə ad vermək olar?!
Təsəvvür edin, bizim hərbi sənayemiz özlərinin istehsal etdiyi PUA-lara "İTİ QOVAN" adı qoyub. Bəllidir ki, söhbət bizim 30 il ərazimizi işğalda saxlayan separtçı quldur dəstəsinin rəhbərliyinin ünavnına deyilmiş sözlərdir. Baxın, bu ada Xədicə İsmayl etiraz edir və etik qaydaların pozulmasını deyir. Bu adam vəhşi erməni əsgərinə etik qaydalarla yanaşmaqdan danışır. Halbuki, bu vəhşi erməni əsgəri bizim körpə balalarımızı gecə yatdığı yerdə Gəncədə qətlə yetirib. Baxın, bunların mahiyyəti budur. Ordumuzun qələbəsinə kölkə salmaq üçün bu qüvvələrdən istifadə edirlər.
Ancaq xalq bunların hamsını çox yaxşı tanıyır. Qarabağın hər gün onlarla kəndi işğaldan azad olunur və hamı sevinc içində bunu yayır, paylaşır, ancaq Əli Kərimli isə öz "Facebook" səhifəsində Belarusda keçirilən mitinqdən yazır. Bu adamların siması çılpaqlığı ilə ortadadır. Bundan artıq şərhə ehtiyac yoxdur!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
XƏBƏR LENTİ
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı





